Türkiyə ilə müharibə etməyəcəyik - Mitsotakis

15:48 - 20 Yanvar 2023

Türkiyə ilə müharibə etməyəcəyik - Mitsotakis

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyə və Yunanıstanın problemlərinin həllini masa arxasında tapa biləcəyinə inandığını və iki ölkə arasında mümkün olduğu qədər müharibə görmədiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mitsotakis Türkiyə ilə Yunanıstan arasında son üç ildə böyük bir gərginliyin olduğunu və problemlərin həll yolunun tapıla biləcəyini bəyan edib.

Türkiyə ilə Yunanıstan arasındakı əsas problemin Egey və Şərqi Aralıq dənizindəki dəniz yurisdiksiyası ərazilərinin məhdudlaşdırılması olduğunu müdafiə edən Mitsotakis, "Ağıllı böyüklər kimi Türkiyə ilə oturub əsas problemimizi həll etməyi bacarmalıyıq. Türkiyə ilə müharibə etməyəcəyik” - deyib.

Manşet.az

 


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin