<

4 ay çaylaqda gizlətdiyi narkotiki evə apararkən tutuldu - VİDEO

14:48 - 20 Yanvar 2023

4 ay çaylaqda gizlətdiyi narkotiki evə apararkən tutuldu - VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Nail Hüseynov tutulub.

Onun üzərinə keçirilən baxış zamanı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs üzərindən aşkarlanan narkotiki oktyabr ayında çaylaq ərazisində gizlətdiyini və havaların yağışlı olması ilə əlaqədar yaşadığı ünvana aparmaq istədiyini bildirib. 

Faktla bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

 


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin