Paylaşdığı video baş naziri ələ verdi – Dərhal ÜZR İSTƏDİ

13:56 - 20 Yanvar 2023

Paylaşdığı video baş naziri ələ verdi – Dərhal ÜZR İSTƏDİ

Böyük Britaniyanın baş naziri Rişi Sunak avtomobildə hərəkətdə olarkən video çəkmək üçün təhlükəsizlik kəmərini çıxarıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sunakın paylaşdığı video böyük əks-səda doğurub. Baş nazirin sözçüsü Ceymi Davies, Sunakın rəsmi dövlət maşını ilə İnstaqramda yayımlamaq üçün çəkdirdiyi videonun tənqid edilməsindən sonra açıqlama verib.

Baş nazir Sunakın "səhv olduğunu (hərəkət edən avtomobildə təhlükəsizlik kəməri taxmamaq) qəbul etdiyini və üzr istədiyini" ifadə edən Davies, Sunakın hər kəsin təhlükəsizlik kəməri taxması lazım olduğuna inandığını qeyd edib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin