<

Daşkəsəndə 20 Yanvar şəhidləri anıldı - FOTOLAR/VİDEO

12:48 - 20 Yanvar 2023

Daşkəsəndə 20 Yanvar şəhidləri anıldı - FOTOLAR/VİDEO

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilmiş ümumrayon anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

 

Manset.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimiz anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə qəmli musiqi sədaları altında tər qərənfillər düzülüb. 

RİH-nin başçısı Əhəd Abıyev vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir.

İcra başçısı Əhəd Abıyev anım mərasimində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.  

Saat 12:00-da 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.



Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin