Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
21:20 - 24 Avqust 2021
Rusiyanın koronavirusa qarşı hazırladığı "KoviVak” peyvəndinin tərkibi dəyişdiriləcək və yeni ştammlara, o cümlədən "Delta”ya qarşı təsirli olacaq.
Manşet.az xəbər verir ki, bu barədə Çumakov Mərkəzinin baş direktoru Aydar İşmuhametov "Rossiya 24”ün efirində deyib.
Onun sözlərinə görə, dərman yeni koronavirus ştammlarının ortaya çıxması nəzərə alınmaqla təkmilləşdiriləcək.
Bundan əlavə, Çumakov Mərkəzi bu ilin sentyabr ayında 60 yaşdan yuxarı insanlar üzərində "KoviVak” vaksininin klinik sınaqlarının üçüncü mərhələsinin təsdiqini gözləyir.
Xatırladaq ki, "KoviVak” peyvəndi ötən il Çumakov Mərkəzi tərəfindən Rusiyada hazırlanıb. Bu dərman Rusiya ərazisində koronavirus infeksiyasına qarşı qeydiyyata alınan üçüncü peyvənddir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin