MKİ rəhbəri gizli şəkildə Kiyevə getdi - Ukraynaya bunları bildirdi

12:08 - 20 Yanvar 2023

MKİ rəhbəri gizli şəkildə Kiyevə getdi - Ukraynaya bunları bildirdi

“Washington Post” qəzeti MKİ-nin direktoru Uilyam J. Börnsün keçən həftə gizli şəkildə Kiyevə getdiyini və Ukrayna lideri Zelenski ilə gizli görüş keçirdiyini yazıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzet iddia edib ki, adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi MKİ direktoru William J. Börnsün Ukrayna lideri Zelenski ilə gizli görüş keçirdiyini açıqlayıb.

Börns Rusiyanın növbəti addımları və planlaşdırılan hücumları ilə bağlı ABŞ kəşfiyyatını Ukrayna lideri ilə bölüşüb.

Gizli görüşdə Zelenski ABŞ və Qərbin yardımı ilə bağlı narahatlığını bildirib. ABŞ-ın dəstəyini davam etdirməyi planlaşdırdığını bəyan edən Börns, bu yardımların getdikcə çətinləşəcəyini vurğulayıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin