Bakıda daha bir ünvanda binalar sökülür: Sakinlərə yeni mənzillər, aylıq 700 manat kirayə pulu verilir - FOTO

11:04 - 20 Yanvar 2023

Bakıda daha bir ünvanda binalar sökülür: Sakinlərə yeni mənzillər, aylıq 700 manat kirayə pulu verilir - FOTO

Bakının Yasamal rayonu ərazisindəki daha bir ünvanda beşmərtəbəli binaların söküntüsü planlaşdırılır. 

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, söhbət keçmiş 5 saylı çörək zavodu yaxınlığındakı binalardan gedir.

Belə ki, Zahid Xəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələri ərazisində yerləşən binalardan bəzilərinin söküntüsü həyata keçiriləcək. Sakinlərə söküləcək evləri müqabilində kompensasiyalar təklif olunur.

Evlərini tərk edən sakinlərə pilot layihə olaraq yeni binalardan 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara 700 manat kirayə pulu verilir.

Yeni binalarda mənzil almaq istəməyən vətəndaşlara isə kvadrat metri 1700 AZN-dən pul təklif olunur.



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin