“Qəbir qazılmırdı, torpaq da onların ölümünə heyifsilənirdi” – VİDEO

09:25 - 20 Yanvar 2023

“Qəbir qazılmırdı, torpaq da onların ölümünə heyifsilənirdi” – VİDEO

"Mən qardaşımın adını yaralıların siyahısında axtarırdım, amma tapa bilmirdim. Dedilər ki, onu morqda axtar. Əvvəl qorxu basdı məni, ürək eləmədim morqa keçməyə. İlhamın dostu Faiqə dedim ki, baxsın. Heç 1 dəqiqə çəkməmişdi ki, gördüm, ağlaya-ağlaya gəlir. O anda məndə olan bütün qorxu getdi. Qaça-qaça içəri keçdim".

 

Manset.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.

Onun sözlərinə görə, Şəhidlər Xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub.

"Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Çünki qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun. Bunun düzgün olduğunu deyəndən sonra elə də etdik", - deyə E. Allahverdiyev qeyd edib.

Daha ətraflı videoda:


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin