"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
23:53 - 19 Yanvar 2023
Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs bu gün xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.
Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin