<

Kiyevdən Tiflisə reaksiya: Gürcü xalqına qarşı cinayətlər...

23:48 - 19 Yanvar 2023

Kiyevdən Tiflisə reaksiya: Gürcü xalqına qarşı cinayətlər...

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan siyasətçilərinin Tiflis ilə Moskva arasında hava əlaqəsini bərpa etmək istəyini tənqid edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Feysbuk hesabında yazıb.

"Tiflis və Moskva Rusiyanın gürcü xalqına qarşı cinayətləri və Gürcüstan ərazilərinin bir hissəsinin işğalı fonunda ləngimələr mübadiləsi aparır. Biz həmçinin hesab edirik ki, bu cür rusiyayönlü ritorika Ukrayna və Gürcüstan arasında dostluq və strateji münasibətlərin ruhuna uyğun gəlmir və Gürcüstanın Avropa Birliyinə üzv olmaq kursuna ziddir”, - Nikolenko bildirib.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin