<

Azərbaycanda sexdə yanğın baş verdi

23:28 - 19 Yanvar 2023

Azərbaycanda   sexdə yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ayaqqabı sexində baş verən yanğınla bağlı məlumat yayıb.

 

FHN-dən Manset.az-a daxil olan məlumatda deyilir ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin