<

Krediti olanlara MÜHÜM XƏBƏR: gecikdirilməyə görə... - VİDEO

21:05 - 19 Yanvar 2023

Krediti olanlara MÜHÜM XƏBƏR: gecikdirilməyə görə... - VİDEO

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

 

Manset.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır.

Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə edilib:

“Dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmağa istiqamətlənib”.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin