Rusiya Xarici İşlər Nazirliyi Avropa Yəhudi Konqresinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan yəhudi məsələsini Rusiya məsələsi ilə müqayisə etdiyi üçün üzr istəməyə etdikləri çağırışı vacib saymadıqlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, “İllərdir Ukraynada antisemitizmin dağıdıcı ölçülərinə məhəl qoymayan bir təşkilatın fikri əhəmiyyətsizdir. Avropa Yəhudi Konqresi SS simvollarını (Ukraynada), svastikaları və Kiyev rejimi tərəfindən nasist işbirlikçilərinin tərifini görə bilmədi. Təşkilat bu istiqamətdə öz reputasiyasını sarsıdıb” – deyilib.
Manşet.az