Kəmaləddin Heydərov yeni nazirin vəzifəsini ona tapşırdı - ƏMR

16:10 - 19 Yanvar 2023

Kəmaləddin Heydərov yeni nazirin vəzifəsini ona tapşırdı - ƏMR

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb.

 

Manset.az qaynarinfo-ya istinadla xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin