Fransızlar üsyan etdi - Yüz minlərlə insan küçələrə axışır

15:05 - 19 Yanvar 2023

Fransızlar üsyan etdi - Yüz minlərlə insan küçələrə axışır

Fransada ictimai nəqliyyat, təhsil və energetika kimi bir çox sektor işçisi pensiya yaşını 64-ə qaldıracaq islahat əleyhinə tətil qərarı verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 221 nöqtədə nümayişlərin keçirilməsi və 550-750 min adamın küçələrə çıxması nəzərdə tutulur. Tətilin əsas gündəm olduğu ölkədə prezident Emmanuel Makron 11 nazirlə İspaniyada olacaq.

Baş nazir Elizabet Born yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb. Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını bildirib. O, qeyd edib ki, 2027-ci ildə tam pensiya almaq üçün 43 il müddətində sığorta haqqının ödənilməsi tələbi olacaq. Bu açıqlamadan sonra həmkarlar ittifaqları pensiya islahatına qarşı tətillər və etiraz aksiyaları elan ediblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az