Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - Özündən AÇIQLAMA (FOTO)

10:34 - 20 Yanvar 2023

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi - Özündən AÇIQLAMA (FOTO)

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,  general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.


Bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib.

"Mən hazırda pensiyadayam. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."

 

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Əli VƏLİYEV

Manşet.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin