Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

19:23 - 24 Avqust 2021

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Quliyev Ceyhun Əvəz oğlu idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Kürdənir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

report


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin