"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
00:15 - 19 Yanvar 2023
Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əfsanə Qalabəyli ifadə verib.
O, ifadəsində idmançı ərini uzun illər davam edən psixoloji və fiziki işgəncələrdən bezərək öldürdüyünü deyib.
İttiham olunan şəxsin sözlərinə görə, həyat yoldaşı ona zülm edib: "Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, "yaxşı eləyirəm". Dözə bilməyib öldürdüm".
Məhkəmədə ittiham olunan şəxsin 13 yaşlı oğlu da dindirilib. Azyaşlı şahid də anasının dediklərini təsdiq edib: "Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm”.
İş üzrə zərərçəkmişin hüquqi varisi qismində qətlə yetirilən Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə gəlinindən şikayətçi olmadığını deyib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb.
Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, ölümünə qədər “Sərhədçi” idman kompleksində çalışırmış.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin