<

12 yaşlı qız sosial şəbəkədə trendə qoşuldu - Görün başına nə iş gəldi (FOTO)

21:50 - 18 Yanvar 2023

12 yaşlı qız sosial şəbəkədə trendə qoşuldu - Görün başına nə iş gəldi (FOTO)

Sosial mediada trend olan bəzi tendensiyalar uşaqların həyatı bahasına başa gəlməkdə davam edir. 

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, Argentinada baş verən dəhşətli hadisəyə səbəb sosial media platformalarında trendə çevrilən “Fainting Challenge” olub. 12 yaşlı Milaqros Soto bu tendensiyanı izləmək istəyib və boynuna bağlayıb onu nəfəssiz qoyduğu anların videosunu çəkmək istəyib. Bu cərəyan naminə 2 dəfə boynuna kəndir bağlayan balaca qız 3-cü dəfə ipi aça bilməyib və nəfəsi kəsilərək həyatını itirib. Dəhşətli tendensiyanın videoları uşaqlar üçün pis nümunə olaraq sosial media platformalarında yayılır.

Həmçinin Soto bu trendi izləyən və ölən ilk şəxs deyil. Yayda 14 yaşlı britaniyalı Leon Braun və 12 yaşlı Arçi Battersbi eyni tendensiyadan dünyasını dəyişib.

Mütəxəssislər sosial mediada insanların huşunu itirənə qədər nəfəslərini tutduğu "Choking Challenge" adlanan bu tendensiya barədə xəbərdarlıq ediblər.

Davud


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin