"Çinin gördüyü işlər yüksək qiymətləndirilməlidir" - İlham Əliyev

21:05 - 18 Yanvar 2023

Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.

 

Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.

“Siz (Çin-red.) bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”, - deyə dövlətimizin başçısı qeyd edib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin