<

Rza Talıbov sərəncama götürülüb? - AÇIQLAMA

19:43 - 18 Yanvar 2023

Rza Talıbov sərəncama götürülüb? - AÇIQLAMA

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı yayılan məsələlərə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, DMX-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar yalandır:

“Onunla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad edilməsi və sərəncama götürülməsi ilə bağlı xəbərlər yayılır. Eyni zamanda, Rza və Seymur Talıbov qardaşlarının biznes məqsədi ilə Türkiyəyə qısa səfər etməsi ilə bağlı da məlumatlar var.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin