<

Ümummilli Liderin 100 illiyinə həsr edilmiş yarış keçirildi - FOTOLAR

15:50 - 18 Yanvar 2023

Ümummilli Liderin 100 illiyinə həsr edilmiş yarış keçirildi - FOTOLAR

Yanvarın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) professor-müəllim və işçi heyəti arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş stolüstü tennis turniri keçirilib.

 

Manset.az xəbər verir ki,  yarışın açılış mərasimində ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

 

Nəticələrə gəlincə, kişilər arasında “İdmanın oyun növləri” kafedrasının baş müəllimi Lütfiyar Rüstəmov bütün rəqiblərindən güclü olub. ASAPES-in Elmi katibi, professor Bəxtiyar Rüstəmov 2-ci, “Kütləvi sağlamlıq və tətbiqi idman növləri” kafedrasının dosenti Xasan Xasanov isə 3-cü yeri tutub.

 

Qadınlar arasında 1-ci yerə “İdmanın oyun növləri” kafedrasının dosenti Asmira Vahabzadə layiq görülüb. “Məşqçilik-2” fakültəsinin dekan müavini Sevda Qarayeva ilə “Sənədlərin icrasına nəzarət” bölməsinin müdiri Ruhəngiz Əsgərova müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.



Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin