<

Hamiləlik zamanı keçirilən qripin uşağa hansısa mənfi təsiri var?

16:22 - 18 Yanvar 2023

Hamiləlik zamanı keçirilən qripin uşağa hansısa mənfi təsiri var?

Hamiləlik zamanı qrip, respirator virusların keçirilməsinin uşağa hansısa mənfi təsiri qeydə alınmayıb.

 

Manset.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, hamilələr xəstəliyi ağır keçirirlər, çünki onların immuniteti aşağı olur:

“Ananın sağlamlığına hər hansı təhlükə varsa, bu zaman uşaq üçün də təhlükə yaranır. Amma virusun özünün dölə hər hansı mənfi təsiri qeydə alınmayıb. Peyvənd də məhz bunun üçündür. Xüsusilə qış mövsümünə yeni girdiyimiz zaman hamilə qadınlar qrip əleyhinə peyvənddən istifadə etməlidirlər. Peyvənd vurulanda xəstəlik əlamətləri görünmür”.

Həkim qeyd edib ki, ümumiyyətlə qripi evdə müalicə etməyə çalışan xəstələr nəticədə həkimlərə üz tuturlar, çünki vəziyyətləri ağırlaşır:

“Bəsit müalicə vasitələrindən istifadə etmək qripi sağaltmırsa, həkimsiz sistem, antibiotik müalicəsini gərəksiz yerə istifadə etməsinlər. Bu, sadəcə zaman itkisidir. Bu pasientə həm maddi olaraq, həm də sağlamlığı üçün zərərlidir. Belə olan halda həkimin xəstəni sağaltması üçün lazım olan müdaxiləsi də uzanır. Respirator infeksiyaların müalicəsində antibiotik istifadə etmirik. Sadəcə bol maye, aktiv həyat tərzi ilə bu virusdan sağala bilərik. 3 gün ərzində xəstəlik sağalmasa, bu zaman həkimə getsinlər”.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin