<

Mesajları əldə etməyi vəd etdi: Pul ödəməyənlərin nömrələrini “əxlaqsız xidmət göstərir” adı ilə yaydı - FOTO

13:30 - 18 Yanvar 2023

Mesajları əldə etməyi vəd etdi: Pul ödəməyənlərin nömrələrini “əxlaqsız xidmət göstərir” adı ilə yaydı - FOTO

Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Araşdırmalarla müəyyən edilib ki, o, saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə”, “sosial şəbəkə hesablarının sındırılması”, “kiberxidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləğlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib. 

Araşdırmalar davam etdirilir.

 


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin