Makrona sui-qəsd planlaşdıran 13 nəfər HAKİM QARŞISINDA

14:14 - 18 Yanvar 2023

Makrona sui-qəsd planlaşdıran 13 nəfər HAKİM QARŞISINDA

2018-ci ildə Fransa prezidenti Emmanuel Makrona hücum planlaşdırmaqda və sui-qəsddə ittiham olunan ifrat sağçı 13 şəxsin məhkəməsi başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Les Barjols kimi tanınan ifrat sağçı qrupla əlaqəsi olan 2-si qadın olmaqla 13 nəfər dünən Paris Cəza Məhkəməsində Makrona qarşı “terror və sui-qəsd” ittihamı ilə hakim qarşısına çıxıb.

Yaşları 22 ilə 66 arasında olan müttəhimlər 2018-ci ilin noyabrında Birinci Dünya Müharibəsinin anım mərasimində Makrona hücum planlaşdırmaqda, telefonla və aralarında olan görüşlərdə dövlət çevrilişinə cəhd etməkdə, mühacirlərə və məscidlərə qarşı zorakılıq aktlarına hazırlıq ittihamı ilə və cinayət əməllərinə hazırlaşmaqda ittiham olunurlar.

Təqsirləndirilən şəxslər Makrona hücum cəhdində təqsirli bilinsələr, 10 ilə qədər həbs cəzası ala bilərlər.

İşin fevral ayına qədər davam edəcəyi bildirilir.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin