<

Gecə uçuşu QADAĞAN EDİLİR

13:38 - 18 Yanvar 2023

Gecə uçuşu QADAĞAN EDİLİR

Belçikanın paytaxtı Brüsseldə gecə uçuşları qadağan edilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Brüssel Şəhər Şurası gecə uçuşlarına qadağa qoyulması və Brüssel Milli Hava Limanına və hava limanından gələn uçuşlar zamanı səs-küy çirklənməsinin məhdudlaşdırılmasına yönəlmiş qanun layihəsini qəbul edib.

Şəhər şurası iqtidar çoxluğu, eləcə də müxalifət deputatları Federal Hökumətdən saat 22:00-07:00 arasında Brüssel üzərində uçuşları qadağan etməyi tələb edib.

Qətnamədə həmçinin hökumətdən hava limanlarının hərəkətinə illik məhdudiyyət qoyulması və sağlamlıq, ekoloji və iqtisadi məsələləri nəzərə alaraq səs-küy emissiyaları modeli və ya yaşına görə həddi aşan bəzi kateqoriyalı təyyarələrə qadağa qoyulması xahiş olunur.

Bundan əlavə, şəhər şurası hökumətdən əhalinin ümumi mənafeyinə, ictimai sağlamlığına və təhlükəsizliyinə hörmət etmək məqsədi ilə mümkün olduqca sıx məskunlaşan ərazilərdə uçuşlardan qaçmaq və külək standartlarına uyğun prinsipini saxlamağı tələb edir.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin