<

Putin bunu xalqından gizlədir - Zelenski

11:43 - 18 Yanvar 2023

Putin bunu xalqından gizlədir - Zelenski

Zelenski Ukrayna-Rusiya müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiyanın taktiki nüvə silahından istifadəsinin onlara fayda verməyəcəyini bildirib.

Putinin bu müharibədə səhv etdiyini bildiyini ifadə edən Zelenski, "Putin bu müharibədən çıxış yolu axtarır və axtaracaq da, çünki bu, səhv idi. Bunu öz camaatına demir, amma bunun böyük səhv olduğunu bilir. Ona görə də çıxış yolu axtaracaq, nüvə silahı isə çıxış yolu deyil” – deyib.

O, Putindən sonra Kremlə “daha ​​sərt” liderin gələcəyini güman etmir.

Ukrayna üçün ən böyük islahatın Avropa İttifaqına üzv olmaq olduğunu deyən Zelenski, müharibə şəraitində olmalarına baxmayaraq, dövlətdə islahatları davam etdirmək üçün çalışdıqlarını da əlavə edib.

"Putini dayandırmasaq, III Dünya Müharibəsi olacaq, çünki o, Polşa və Baltikyanı ölkələri işğal edəndə heç kim heç nə edə bilməyəcək, amma hamı müharibəyə gedəcək. İtaliya, Fransa, ABŞ , İngiltərə, hətta bütün NATO üzvləri, NATO-nun həqiqətən var olduğunu göstərmək üçün döyüşə getməli olacaq”.

Manşet.az


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin