<

Əlində qumbara olan şəxs kafe və evə hücum etdi

11:36 - 18 Yanvar 2023

Əlində qumbara olan şəxs kafe və evə hücum etdi

Yanvarın 17-də gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Araşdırmalarla həmin gün saat 23 radələrində Y.Hüseynovun kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, şəhər sakini S.Bayramovla mübahisə edib orada olan əşyaları sındırması, sonradan əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes-Benz” markalı avtomobilin şüşələrini sındırması, yenidən kafeyə qayıdaraq oranın pəncərə şüşələrini sındırması məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin