Cəmil Məmmədli SAXLANILDI

11:29 - 18 Yanvar 2023

Cəmil Məmmədli SAXLANILDI

Jurnalist Cəmil Məmmədli saxlanılıb.

 

Bu barədə Manset.az-a DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

Bildirilib ki, başlanmış cinayət işi üzrə Məmmədli Cəmil Qiyas oğlu saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

İttihama görə, C.Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin