Bill Qeyts bu telefondan istifadə edir - FOTO

10:53 - 18 Yanvar 2023

Bill Qeyts bu telefondan istifadə edir - FOTO

Microsoft-un həmtəsisçisi və milyarder iş adamı Bill Qeyts bir daha iPhone-da deyil, Android komandasında olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qeyts, "Mən Cənubi Koreyada gördüyüm Samsung sədri JY Linin mənə hədiyyə etdiyi Samsung Fold 4-dən istifadə edirəm. Ekran ölçüsünə görə planşetdən istifadə etmirəm, sadəcə telefon və portativ kompüterdən istifadə edirəm" – deyə cavab verib.

Galaxy Z Fold 4 ucuz olmayan, qatlana bilən smartfondur. ABŞ-da təxminən 1600 dollara satılır ki, bu da Apple-ın iPhone 14 və 14 Pro-nun başlanğıc qiymətindən bahadır.

Manşet.az



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin