Bakıda məktəbli qızı qaçırmaq istədilər - DİN-dən AÇIQLAMA (VİDEO)

09:50 - 18 Yanvar 2023

Bakıda məktəbli qızı qaçırmaq istədilər - DİN-dən AÇIQLAMA (VİDEO)

Bakıda məktəbli qızlardan birinə manyak yaxınlaşdığı iddia olunur. 

 

Manset.az xəbər verir ki, hadisə Nərimanov rayonu 93 orta məktəbin yaxınlığında baş verib. 

Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib.

Məktəbli onun təklifini rədd edərək yaxındakı mağazaya daxil olub.

Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alnıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a açıqlamasında bildirib ki, görüntülərdən xəbərdarıq, hadisə ilə bağlı araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin