<

Astara sakinlərini "Açıq mikrofon"a gətirən səbəblər bəlli oldu - FOTOLAR

16:08 - 17 Yanvar 2023

Astara sakinlərini

"SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı"ında  bu gün Astara sakinlərinin üzləşdiyi problemləri qeydə alacağıq. Bu məqsədlə hər bir kəs qaz təchizatı ilə bağlı istənilən məsələni səsləndirə bilər".

 

Manset.az xəbər verir ki, bunu Lənkaran RQİİ-nin baş mühəndisi Aqşin Ağayev "Açıq mikrofon" aksiyasında çıxışı zamanı bildirib. Daha sonra söz aksiya iştirakçılarına verilib. 20-dən çox müraciətin ünvanlandığı görüşdə Sığaloni və Marzəsə kəndlərinin qazlaşdırılması istəyi yer alıb.

Qazlaşdırılan digər kəndlərdən qatılan abonentlər tərəfindən isə qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması  ilə bağlı xahişlər ünvanlanıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.



Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin