<

Azərbaycanda qidadan və dəm qazından zəhərlənənlər - Biri azyaşlıdır

23:54 - 17 Yanvar 2023

Azərbaycanda qidadan və dəm qazından zəhərlənənlər - Biri azyaşlıdır

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Günay Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, G Əkbərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Digər hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini 10 yaşlı Səma Həmzəyeva da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşılının valdeyinlərinin sözlərinə görə, S.Həmzəyev kolbasa yedikdən sonra halı pisləşib.

İlkin məlumata görə, az yaşlı həmin qidadan zəhərlənib.

Hazırda hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir. //APA


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin