Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Hərəkətdə olan kiçiktutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.