Norveç İspaniya bazarına daxil olur - 600 milyon avroluq yatırım

22:03 - 17 Yanvar 2023

Norveç İspaniya bazarına daxil olur - 600 milyon avroluq yatırım

Norveç Sərvət Fondu İspaniyanın bərpa olunan enerji bazarına daxil olur


Manset.az xəbər verir ki, Norveç Suvren Sərvət Fondunu idarə edən Norges Bank İspaniyanın Iberdrola firmasının ölkədəki bərpa olunan enerji portfelinin 49 faizini alıb.
 
Bunun üçün ona 600 milyon avro ödəniləcəyi bildirilib.

Bankdan verilən açıqlamada qeyd olunub ki, sözügedən portfel 1,3 giqavat quraşdırılmış günəş elektrik stansiyaları və quruda yerləşən külək elektrik stansiyalarından ibarətdir.

Dünən imzalananan müqavilənin bu ilin birinci rübündə tamamlanacağı vurğulanıb.
 
Həmçinin qeyd olunub ki, sözügedən günəş və külək elektrik stansiyaları İspaniyada 700 min ev təsərrüfatının elektrik istehlakına bərabər istehsal gücünə malikdir.

Davud


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin