Paşinyanın çıxışından sonra Ermənistan parlamentində dava düşüb - VİDEO

18:00 - 24 Avqust 2021

Paşinyanın çıxışından sonra Ermənistan parlamentində dava düşüb - VİDEO

Ermənistan parlamentində baş naziri Nikol Paşinyanın çıxışı zamanı dava düşüb.

Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, Paşinyanın çıxışından sonra müxalifətçilərlə iqtidar deputatları arasdında mübahisə sonda davaya çevrilib və tərəflər bir-birini stulla vurublar. Zalda baş verən davanı sakitləşdirmək üçün iclas salonuna təhlükəsizlik xidmətinin əməkdaşları çağırılıb. Dava zamanı müxalifətdən olan deputatlar Paşinyana “Nikol satqın!” deyərək qışqırıblar.

Davaya səbəbə isə müxalifət blokdan olan Anna Mkrtçyanın Paşinyana sərt sual verməsi, onun “kapitulyant” adlandırması, iqtidar deputatlarının etirazına səbəb olub. Onun çıxışına etiraz ediblər. Nəticədə parlamentin sədri Alen Simonyan Anna Mkrtçyana irad tutub, amma nəticəsi olmayıb. Spiker nəticədə onun mikrafonunu söndürməli olub.

Nəticədə parlamentdə mübahisə qızışıb və davaya çevrilib. Bu zaman Anna Mkrtçyanın halı pisləşib. Halı pisləşən deputat üçünsə parlamentə təcili tibbi yardım çağırılıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin