<

Hollandiyadan Ukraynaya Patriot hava hücumundan müdafiə dəstəyi

20:02 - 17 Yanvar 2023

Hollandiyadan Ukraynaya Patriot hava hücumundan müdafiə dəstəyi

Rusiyanın hücumları qarşısında ABŞ və Aİ ölkələri Ukraynaya silah verməkdə davam edir.
 
Manset.az xəbər verir ki, Hollandiyanın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi göndərəcəyi iddiası gündəmə gəlib.
 
Hollandiya mətbuatında çıxan xəbərlərdə Hollandiyanın ABŞ və Almaniyadan sonra Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi göndərəcəyi bildirilib.

Hollandiyanın ANP xəbər agentliyi baş nazir Mark Rutteyə istinadən xəbər verir ki, bu ay ABŞ prezidenti Co Bayden və baş nazir Rutte arasında telefon danışığında Rutte bəyan edib ki, o, Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri göndərən ABŞ və Almaniyaya qoşulacaq.

Qeyd edək ki, Rutte və ABŞ prezidenti Bayden bu gün Ağ Evdə görüşüblər.

Davud


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin