Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
19:49 - 17 Yanvar 2023
Balakəndə 2001-ci il təvəllüdlü arvadı Emilya Əbdürrəhmanovanı küçədə bıçaqlayaraq qətlə yetirən 28 yaşlı Elton Layicovun məhkəmə prosesi başa çatıb.
Manset.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Layıcov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, arvadının xəyanətindən şübhələndiyi üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, hadisə ötən ilin iliyun 28-də baş verib.
Hadisədən bir neçə gün əvvəl isə E.Əbdürrəhmanova həyat yoldaşı tərəfindən döyüldüyü üçün polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına üç bıçaq zərbəsi vurub. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Onu da qeyd edək ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda -2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Elton isə 1 il 6 ay şərti olaraq azadlıqdan məhrum edilib.
Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin sonradan onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib. ("Qafqazinfo")
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin