ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

19:10 - 17 Yanvar 2023

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

ABŞ Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.

 

Manset.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter təşkilatın Daimi Şurasının xüsusi iclasında deyib.

O bildirib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur.

"Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik", - Krəarpenter qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az