Ermənistan AŞPA və ATƏT PA-dakı nümayəndə heyətlərinə yeni rəhbər təyin etdi

18:21 - 17 Yanvar 2023

Ermənistan AŞPA və ATƏT PA-dakı nümayəndə heyətlərinə yeni rəhbər təyin etdi

Sarkis Xandanyan və Hripsime Qriqoryan müvafiq olaraq AŞPA və ATƏT PA-dakı Ermənistan nümayəndə heyətlərinin tərkibində parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Eduard Ağacanyanı əvəz edəcəklər.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Eduard Ağacanyan qaninverici orqanın Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri postunu tərk etmək niyyətindədir.

Bundan başqa, Babken Tunyan Ermənistan-Bolqarıstan Dostluq Qrupunun rəhbəri vəzifəsindən istefa vermiş deputat Anuş Beqloyanı əvəz edəcək. Eyni zamanda Ermənistan-İndoneziya dostluq qrupunda Vaaqn Hovakimyan Mariam Poqosyanla əvəzlənəcək.

Parlamentin xarici əlaqələr komissiyasında Xandanyan və Qriqoryanı Artur Hovhannisyan və Lilit Minasyan əvəz edəcək.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin