Məktəb direktoruna yüksək vəzifə VERİLDİ - FOTO
20 Aprel 2024
16:56 - 17 Yanvar 2023
Polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni nazir 1968-ci ildə Naxçıvanda anadan olub. Ş.Mirzəyev bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.
Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.
Bu barədə məlumatı fövqəladə hallar naziri, Kəmaləddin Heydərov Manset.az-a açıqlama verərək təsdiq edib.
Manset.az xəbər portalı bildirir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Naxçıvan MR Ali Məclisin sabiq sədri Vasif Talıbovla arasında illərdir davam edən ədavət səbəbindən son illərdə Naxçıvana getmirdi.
Əli VƏLİYEV
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin