Həşərat sancması səbəbindən həkimə getdi – Həyatının ŞOKUNU YAŞADI

15:32 - 17 Yanvar 2023

Həşərat sancması səbəbindən həkimə getdi – Həyatının ŞOKUNU YAŞADI

İrlandiyada həşərat dişləməsi səbəbindən həkimə müraciət edən şəxs sarsıdıcı diaqnozla üzləşib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər 6 həftədən sonra sağalmayan yaralar üçün həkimlərdən kömək almağı tövsiyə edir.

İrlandiyada 34 yaşlı kişi həşərat sancmasına məruz qalıb. Günlər sonra həmin yara sağalmadığı üçün həkimə müraciət edib. Xəstəxanada ona aqressiv şəkildə proqressivləşən kəskin miyeloid leykemiya xəstəliyinə tutulduğu bildirilib.

Kəskin miyeloid leykemiya çox sürətlə irəliləyə bilən və uzunmüddətli müalicə və səbr tələb edən xəstəlikdir.

Xəstəliyin simptomları ani başlayan zəiflik, yorğunluq, infeksiya, öskürək, sümük ağrısı, qəbizlik, ürəkbulanma və qusmadır.

Digər tərəfdən mütəxəssislər, xüsusilə 6 həftənin sonunda sağalmayan yaraların altında şəkər xəstəliyi, qan dövranı pozğunluğu kimi ciddi problemlərin ola biləcəyini və bu hallarda mütəxəssis həkimlərdən kömək istəməyin lazım olduğunu bildirirlər.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin