Buna bizdən əvvəl heç kimə icazə verməyəcəklər – Serbiya Prezidenti

15:11 - 17 Yanvar 2023

Buna bizdən əvvəl heç kimə icazə verməyəcəklər – Serbiya Prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsindən əvvəl heç kimin Avropa İttifaqına daxil olmasına icazə verilməyəcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçiç ölkəsinin Aİ-yə üzvlük prosesində uzun müddət gözləyəcəyi ehtimalından narahat olmadığını və onu narahat edən vəziyyətin kiminsə “ölkəyə heç bir investisiya qoyulmayacağı” deməsi ehtimalı olduğunu bildirib.

Keçən il Serbiyaya 4,41 milyard avro birbaşa xarici sərmayə qoyulduğunu qeyd edən Vuçiç, "Bizdən əvvəl heç kimin Aİ-yə daxil olmasına imkan verməyəcəklər. Məni narahat edən investisiyalardır. Onların Rusiyanı necə tərk etdiklərini gördüm, baxmayaraq ki, orada buradan daha çox maraqları var idi" - deyib.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin