Azərbaycanda dövlət əmlakını mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı

11:15 - 17 Yanvar 2023

Azərbaycanda dövlət əmlakını mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı

Xocavənd xəstəxanasında dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

 

Bu barədə Manset.az-a rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin