<

AP-də daha 2 deputatın toxunulmazlığının götürülməsi prosesinə başlanıldı

11:08 - 17 Yanvar 2023

AP-də daha 2 deputatın toxunulmazlığının götürülməsi prosesinə başlanıldı

Avropa Parlamentində “Qatargate” olaraq adlandırılan korrupsiya və çirkli pulların yuyulması qalmaqalı ilə bağlı daha iki deputat diqqət mərkəzinə düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Parlamentinin sədri Roberto Metsola Belçika rəsmilərinin Qatargate qalmaqalı ilə bağlı İtaliyalı deputat Andrea Cozzolino və Belçikalı deputat Mark Tarabellanın toxunulmazlıqlarının qaldırılmasını tələb etdiyini və sözügedən prosesin başladığını açıqlayıb.

Təxminən bir ay çəkəcəyi gözlənilən proses çərçivəsində AP-nin Hüquq Məsələləri Komitəsi müraciətləri nəzərdən keçirəcək və daha sonra gələn ay keçiriləcək iclasda səsverməyə çıxaracaq. Toxunulmazlığın qaldırılmasının fevralın 13-də başa çatdırılması gözlənilir.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin