<

Azərbaycanda sabiq nazir VƏFAT ETDİ - FOTO

10:27 - 17 Yanvar 2023

Azərbaycanda sabiq nazir VƏFAT ETDİ - FOTO

Azərbaycanın sabiq naziri Namiq Nəsrullayev vəfat edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışmışdır.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.

 


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin