<

Ukrayna özünə məxsus olanı geri alacaq - Zelenski

09:09 - 17 Yanvar 2023

Ukrayna özünə məxsus olanı geri alacaq - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə apardıqlarını və Rusiyanın nəzarəti altında olan Ukrayna torpaqlarını geri alacaqlarını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ordusunun Ukraynada davam edən müharibədə üstünlüyü ələ keçirmək üçün yeni təşəbbüslər hazırladığını iddia edən Zelenski, "Düşmənin potensialını azaltmaq üçün hər gün və hər gecə hərəkət edirik. Əminəm ki, Ukrayna bayrağı Donetsk hava limanına, Donetskə, bizim Donbasın digər şəhər və kəndlərinə və müvəqqəti işğal olunmuş digər ərazilərə qayıdacaq. Bu müvəqqəti açar sözdür. Ukrayna özünə məxsus olanı geri alacaq" – deyib.

Zelenski, tərəfdaş ölkələri Ukraynaya silah yardımını sürətləndirməyə çağırıb:

"Bu gün İngiltərədən yaxşı bir nümunə göstərdi. Yeni müdafiə yardım paketi açıqlandı. Özü də ən lazım olan şeylər. Tanklar, digər zirehli maşınlar, artilleriya".

Manşet.az


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin