<

Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

10:30 - 17 Yanvar 2023

Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi

7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik Xəstəxanasında çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı,  Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.

 

Manşet.az

 


 


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin