“Vaqner”in yüksək rütbəli komandiri Norveçə qaçaraq sığınacaq istəyib

00:03 - 17 Yanvar 2023

“Vaqner”in yüksək rütbəli komandiri Norveçə qaçaraq sığınacaq istəyib

Norveç hakimiyyəti özünü "Vaqner” hərbi dəstəsinin keçmiş yüksək rütbəli üzvü kimi təqdim edən Rusiya vətəndaşından sığınacaq sorğusu alıb.

 

Manset.az-ın məlumatına görə, Norveç miqrasiya departamenti həmiin şəxsin Andrey Medvedev olduğunu bildirib. Bu adın onun əsl adı olub-olmadığı məlum deyil.

Norveç tərəfi təhlükəsizliklə bağlı narahatlığı əsas gətirərək başqa təfərrüatları açıqlamağa razı olmayıb.

Vəkil Bryunulf ​​Risnes, öz növbəsində, Medvedyevin hazırda Norveçdə, Osloda, miqrasiya qanunlarını pozanlar üçün mərkəzdə olduğunu və sığınacaq məsələsində maraqlarını təmsil edəcəyini söyləyib.

Norveç immiqrasiya polisi isə Medvedevin keçən həftə Rusiyadan ölkə ərazisinə qanunsuz daxil olduğunu bildirib. O, qarda ayaq izlərini görən sərhədçilər tərəfindən saxlanılıb. Medvedev heç bir müqavimət göstərməyib və iyulun 6-da "Vaqner”dən qaçdığını, indi isə Norveçdən sığınacaq istədiyini bildirib. /Oxu.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin