Xankəndi-Laçın yolunda etirazçılar birlik nümayiş etdirirlər

23:49 - 16 Yanvar 2023

Xankəndi-Laçın yolunda etirazçılar birlik nümayiş etdirirlər

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

 

Manset.az report-a istinadən xəbər verir ki, dinc etirazçılar 36 gündür birlik nümayiş etdirir, həmişəki kimi, dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Yanvarın 16-da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 32 avtomobil maneəsiz hərəkət edib.

Hazırda isə -11-13 dərəcə şaxtanın olmasına baxmayaraq, toplanış yerində azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir. Onlar davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin